Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Sellofan torbalar istifadə edənlər – Bunları mütləq bilin

“Bir çox ölkələr artıq sellofan torbalardan imtina edib”.

Sellofan paketlər (polimer torbalar) dünyanı narahat edən əsas ekoloji problemlərdən biridir.

Çünki bu torbalar istifadə edildikdən sonra bir çox hallarda ətrafa atılır, təbiəti çirkləndirir. Səbəb isə həmin torbaların torpağın altında yüz illərlə qalsa belə çürüməməsidir. Həmçinin, Polietilen tərkibli olan bu torbaların tərkibindəki maddələr insan sağlamlığı üçün zərərlidir. Mütəxəssislərin dediyinə görə, bu torbalarda saxlanılan ərzaq məhsulları qida zəhərlənmələrinə səbəb olur.

Din.az-ın xəbəriinə görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, bir çox ölkələr artıq sellofan torbalardan imtina edib:

“Sellofan torbaları kağız torbalarla əvəz etmək olar. MDB məkanında nazik, şəffaf, üstündə heç bir rəng olmayan sellofanlardan istifadə olunur. İstəyərdim ki, Azərbaycanda da bu torbalardan satılsın. Qidaların hazırda satışda olan sellofan torbalarda satılması arzuolunmazdır. Yaxşı olar ki, insanlar keçmiş bazar torbalarına keçsin”.

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qeyd edib ki, bu sahədə narahatlıq var:

“Bizə də bu barədə məlumatlar daxil olur. Bu məhsulları xaricdən gətirən sahibkarlar onun standarta uyğun olduğunu yoxladıqdan sonra sertifikatlaşdırıb, satışa çıxarılmalıdır. Bəzi hallarda buna şahid olmuruq. Nümunəvi sahibkarlar sellofan torbaları ölkəyə gətirərkən qanunvericiliyin tələblərinə əməl edir, lakin sertifikatlaşdırmadan yayınırlar. Sertifikatlaşdırma məhsulun tərkibini, standarta uyğunluğunun təsdiqi üçün vacib əhəmiyyət daşıyan bir alətdir. Bunu sahibkarlarımız nəzərə alsa, yaxşı olar. Satış şəbəkələri də sahibkarlardan sellofan torbaları alarkən bu amili unutmasınlar. Sertifikatı olan malları alıb, qablaşdırmanı həyata keçirsinlər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...