Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Senator: “Qaşıqçının ölümündə birbaşa Səudiyyə şahzadəsinin əli var”

“Mənim heç bir şübhəm yoxdur ki, vəliəhd şahzadə qətl fərmanı verib”.

“Heç bir şübhə yoxdur ki, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçının öldürülməsində əli var”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, respublikaçı senator Robert Korker Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspelin Senatda keçirdiyi brifinqdə deyib.

“Mənim heç bir şübhəm yoxdur ki, vəliəhd şahzadə qətl fərmanı verib, qətli nəzarətdə saxlayıb, nəyin baş verdiyini dəqiq bilib və onu əvvəlcədən planlaşdırıb”, – deyə senator bildirib.

Bundan əvvəl Kanada Səudiyyə Ərəbistanının 17 təbəəsinə sanksiya tətbiq edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...