Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Sensasion gəlişmə: Katolik dünyası bölünür – Vatikanda kilsədaxili savaş

Papanın Vatikandakı səltənətinin devriləcəyi və öləcəyi deyilir.

Vatikan Katolik Kilsəsinin lideri Papa Fransiski “şeytanın adamı” adlandıran katolik dərnəyə qəyyum təyin olunub.

Din.az xəbər verir ki, evli kişilərin kilsə xidmətinə qəbul olunması müzakirələrinin getdiyi bir vaxtda qəyyum təyin olunan dərnəklərin bu müzakirələrdə müxalif tərəfdə duran mühafizəkar qanadı təmsil etdiyi bildirilib.

2001-ci ildə Vatikan tərəfindən mühafizəkar kimi tanınan “İncilin Xəbərçiləri” beynəlxalq dərnəyinin qurucusu Monsenyor Joao Skoqnamilyu Kla Dias 2017-ci ildə ortaya çıxan bir videoda Papanın şeytana xidmət etdiyini demişdi.

Kla Dias şeytanla dialoq ayinində şeytanın adından Papa Fransisk haqda bunları iddia etmişdi: “O mənimdir, o mənimdir. Nə istəsəm edir, axmağın biridir. Mənə itaət edir, mənə xidmət edir”.

Dias habelə, Papanın Vatikandakı səltənətinin devriləcəyini və öləcəyini demişdi.

Vatikan bundan sonra mərkəzi Braziliyada yerləşən və 70-dən çox ölkədə fəaliyyət göstərən dərnəyin fəaliyyətinin araşdırılması üçün bu ölkəyə nümayəndə heyəti göndərib. Bir neçə gün əvvəl isə bu araşdırmanın son nəticəsi kimi Vatikan tərəfindən “İncilin Xəbərçiləri” dərnəyinə qəyyum təyin olunub.

Vatikanın rəsmi saytı “Vatican News” qəyyum təyinatının səbəbini sözügedən dərnəyin idarəçiliyində və üzvlərinin həyatlarında qüsurların olması ilə əlaqələndirib.

Vatikan üzrə mütəxəssislər Kilsə Məclisinin 6-27 oktyabr tarixlərində keçiriləcək toplantısından əvvəl Katolik Kilsəsində islahatçılarla mühafizəkarlar arasında savaşın başladığına diqqət çəkir.

Məclisin toplantısında evli kişilərin rahibliyə qəbul edilməsi təklifinin müzakirə ediləcəyi bildirilir. Mühafizəkar katoliklər bunun kilsə ənənələrini yox edəcəyini iddia edərək, müzakirəyə qarşı çıxır.

Müzakirələri boykot edən “İncilin Xəbərçiləri” tərəfdarları artıq fəallaşıb. İtaliyada nəşr olunan “Il Fatto Quotidiano” qəzeti “İncilin Xəbərçiləri”nin Vatikanın San Pyotr kilsəsində toplantının baş tutmaması üçün dua etdiyini yazıb.

Vatikanda baş qaldıran çaxnaşmanın müəllifinin braziliyalı irticaçı katolik Pliniyo Korrea de Oliviyera olduğu bildirilir.

1995-ci ildə ölən Pliniyo Korrea de Oliviyera Katolik Kilsəsində əsas islahatların aparıldığı II Vatikan Şurasını “İsanın ölümü kimi faciəli” adlanırmışdı. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...