Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Sərdar Cəlaloğlu QMİ-ni siyasi təxribatda günahlandırdı

Share Button

İki xalqın ən müqəddəs ayinlərinin fərqli-fərqli vaxtlarda icra etməsinə şərait yaratmağa çalışırlar

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən ölkədə orucluq 7 iyunda başladı. Lakin bəzi inanclı insanlar artıq ötən gündən oruc tutmağa başlayıblar. Onlar bunu onunla izah edirlər ki, QMİ İran təqvimi ilə fətva verir.

publika.az1405510364teleqraf.com1397466064sedar-selaloglu“Din.az” bildirir ki, dindar siyasətçi, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı “modern.az”a açıqlama verib.

Onun sözlərinə görə, QMİ-nin qərarı siyasi motivlərə söykənir.

“Bu, siyasi addımdır. Açıq şəkildə Türkiyəni Azərbaycandan ayırmaq üçün verilən bir fətvadır. Buna görə də, dini ayinlərin icrasında ikitirəlik yaradırlar. İki xalqın ən müqəddəs ayinlərinin fərqli-fərqli vaxtlarda icra etməsinə şərait yaratmağa çalışırlar. Mən dünəndən oruc tutmuşam”.

Sərdar Cəlaloğlunun sözlərinə görə, Quranda yalnız oruc tutmaq buyurulub: “Quranda bu barədə yazılıb. Daha mollaların fətvasına ehtiyac yoxdur”.

maxresdefaultİlahiyyatçı Elşad Miri də hesab edir ki, QMİ müsəlman dünyasını deyil, İranın dini xəttini əlində bayraq edir. Onun fikrincə, QMİ sədri Allahşükür Paşazadə İranın ali dini lideri Seyid Əli Xamneyini təqlid etməklə məşğuldur: “Bütün İslam dünyası eyni vaxtda orucluğa başladığı təqdirdə, İran başqa bir vaxt seçir. Təəssüf ki, bununla da Ramazan ayının mahiyyəti bir kənarda qalır. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı tarix insanlar arasında da çaşqınlıq yaradır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir