Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Sergey Lavrov İƏT-in baş katibi ilə görüşüb

“Fələstin-İsrail münaqişəsi, Suriya və Liviya ilə bağlı məsələlərdə mövqelərimizin kombinasiyasını çox vacib hesab edirik”.

Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymi arasında görüş keçirilib.

Din.az APA-ya istinadən bildirir ki, görüşdə çıxış edən Rusiya XİN başçısı ölkəsinin İƏT-lə aktual məsələlərin müzakirəsini davam etdirmək imkanını yüksək qiymətləndirib.

S. Lavrov bildirib ki, Rusiya İƏT-də 2005-ci ildən müşahidəçi olandan sonra tərəflər arasında münasibətlər çox intensiv inkişaf edir: “Fələstin-İsrail münaqişəsi, Suriya və Liviya ilə bağlı məsələlərdə mövqelərimizin kombinasiyasını çox vacib hesab edirik”.

Görüşdə Rusiya və İƏT arasında münasibətlər, regional problemlər, eləcə də terrorçuluğa qarşı mübarizədə görülən işlər müzakirə edilib. Bundan başqa, S. Lavrov və Yusif bin Əhməd əl-Useymi Fars körfəzi zonasındakı vəziyyəti, eləcə də İƏT ölkələri – Suriya, Liviya, Əfqanıstan və Sudandakı münaqişələrin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...