Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Şəriət qaydaları ilə işləyən HALAL KLİNİKA yaradılacaq

Kişilərə kişi həkimlər, qadınlara isə qadın həkimlər xidmət göstərəcək…

Rusiyanın Kazan şəhərində şəriət qaydaları ilə işləyən halal poliklinika yaradılacaq.

“Din.az” Trend-ə istinadən xəbər verir ki, bu barədə Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsindən bildiriblər.

Klinika Kazanın mərkəzində tikiləcək. Layihənin ilkin məbləği 6,7 milyon dollar təşkil edir.

Klinika bütün müsəlmanlar üşün “vahid pəncərə” prinsipi ilə işləyəcək. Burada ambulator müalicə, laboratoriya təhqiqatlarının aparılması, vaksinasiya, ümümi terapiya nəzərdə tutulub.

Kişilərə kişi həkimlər, qadınlara isə qadın həkimlər xidmət göstərəcək.

Kazanda halal sanatoriyanın tikilməsi də nəzərdə tutulub. Əsas fərq ondan ibarət olacaq ki, bu sanatoriyada kişi və qadın bölmələri fəaliyyət göstərəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir