Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Sərnişin daşıyan bərə aşdı: Dini ayinə gedən 19 nəfər öldü

17 nəfər xilasedicilər tərəfindən sudan çıxarılıb.

Hindistanın cənub-şərqində bərə aşıb.

Din.az bildirir ki, Andhra-Pradeş əyalətində yerləşən Krişna çayında hərəkət edən bərə qəzaya uğrayıb. Hadisə nəticəsində bərənin içərisində 38 sərnişin və 3 nəfər ekipaj üzvü olub.

İlkin məlumatlara görə, sərnişinlərdən 19-u hadisə yerində həlak olub, 4 nəfər itkin düşüb.

Sərnişinlərin dini ayində iştirak etmək üçün yola çıxdıqları bildirilib.

Sahilə yaxın ərazilərdə olan 17 nəfər xilasedicilər tərəfindən sudan çıxarılıb.

Bərənin aşmasına həddindən artıq sərnişinlərin sayının səbəb olduğu deyilir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...