Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səsvermə prosesində tam şəffaflıq, demokrat mühit gözlənilib – Mübariz Qurbanlı

“Vətəndaşların da məntəqələrə gələrək səsvermə hüququndan istifadə etməsi üçün şərait yaradılıb”.

“Səsvermə prosesində tam şəffaflıq, demokrat mühit gözlənilib”.

Din.az Publika.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Bələdiyyə seçkilərində iştirak etdikdən sonra proses haqqında fikirlərini bölüşən komitə sədri bildirib ki, bütün dairələrin məntəqə komissiyasının üzvləri tam heyətlə öz yerlərindədir: “Vətəndaşların da məntəqələrə gələrək səsvermə hüququndan istifadə etməsi üçün şərait yaradılıb. Əminəm ki, seçkilər uğurla başa çatacaq və bu seçkilər Azərbaycanda bələdiyyələrin formalaşmasında öz rolunu oynayacaq. Yeni seçilmiş bələdiyyələr də öz qarşılarında duran vəzifələri layiqincə yerinə yetirəcəklər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...