Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə vəliəhdinin müalicəsi üçün İsraildən həkim komandası gətirildi

İddia: “Vəliəhd bin Salman çevrilişə cəhd zamanı ayağından iki güllə ilə yaralanıb”.

Məlum olduğu kimi Səud vəliəhdi Məhəmməd bin Salman Səudiyyədəki “dron və ya çevriliş” olaylarından sonra yoxa çıxıb.

Məlum olduğu kimi Səud vəliəhdi Məhəmməd bin Salman Səudiyyədəki “dron və ya çevriliş” olaylarından sonra yoxa çıxıb. Aprel ayının 21-də Səudiyyə Ərəbistanında çevrilişə cəhdlə bağlı xəbər yayılmışdı. Bu haqda Associated Press adını açıqlamadığı mənbəsinə istinadən məlumat yayaraq. Ər-Riyadda hazırlanan çevrilişə ölkənin Quru Qoşunlarının komandanı Alukas Neplisin rəhbərlik etdiyini iddia etmişdi. Agentlik həmçinin Kralın öz sarayından evakuasiya etdiyini də qeyd edirdi. Bundan sonra bin Salman yoxa çıxmışdı…

Din.az xəbər verir ki, bundan sonra sosial mediada bir sıra fotoşoplu fotolar yayımlansada fotolar həqiqəti əks etdirməyib və insanlar buna inanmayıb.

Fələstinin”Al Manar” qəzetinin yazdığına görə, Səud vəliəhdini müalicə etmək üçün İsraildən həkim heyəti gətirilib. Onun müalicəsi və ayağa təcili qalxması onlara tapşırılıb.

Qəzet yenə yazır ki, vəliəhd bin Salman çevrilişə cəhd zamanı ayağından iki güllə ilə yaralanıb.

“Sautularab” portalının məlumatına görə, amerikalı mənbələr səudiyyəli şahzadənin saray yaxınlığındakı silahlı qarşıdurmada yaralandığını və vertolyotla evakuasiya edildiyini təsdiq edirlər.

Bəzi mənbələrə görə isə, vəliəhdin gizli olaraq Almaniyaya müalicə üçün gedib və bir müddət əvvəl Ər-Riyada geri dönüb.

Xatırladaq ki, yuxarıda qeyd etdiyiimiz kimi Səud vəliəhdinin yoxa çıxması bəzi müəmmaların yaranmasına, o cümlədən söz söhbətə səbəb olub. Bəziləri onun yaralanmasını, bəzilərisə öldüyünü bildirirlər. Rəsmi mənbələr isə, “səbr”ə əməl edərək tutarlı açıqlama video yayımlamırlar, bu da vəliəhdin başında hansısa bəlanın olduğunun təsdiqi anlamına gələ bilər.

Səudiyyənin rəsmi SPA agentliyi çevrilişə cəhdi – saraya yaxın dron uçan aparatı və polisin izni olmayan bu “oyuncağa” atəş açmasıyla əlaqələndirərək xəbərlərin dezinformasiya olduğunu bildirsədə bin Salmanın taleyi hələki sual altındadır… / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...