Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə alimlərindən tələb: Şahzadə Salmanın səlahiyyətləri əlindən alınsın

Alimlər Heyəti vəliəhd şahzadəni ittiham etdi.

Səudiyyə Ərəbistanından olan İslam alimləri vəliəhd şahzadə Məhəmməd ibn Salmanın səlahiyyətlərinin əlindən alınmasını tələb edib.

Din.az xəbər verir ki, Səudiyyə Alimlər Heyətinin adı açıqlanmayan üzvləri ölkədə müxalif qüvvələrin həbsi və öldürülməsində vəliəhd şahzadəni ittiham edib. Alimlər həmçinin jurnalist Camal Qaşıqçının öldürülmsində Məhəmməd ibn Salmanı günahlandırır.

Qeyd edək ki, Qaşıqçı 2 oktyabrda Səudiyyənin İstanbulda yerləşən konsulluğunda itkin düşüb. Türkiyə polisi jurnalistin öldürüldüyünə və daha sonra hissələrə parçalandığına inanır. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...