Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə ərəb dövlətlərini təcili surətdə toplayır: Səbəb İrandır

İddiaya əsasən, İran Yaxın Şərq qonşuları ilə münasibətlərdə səhvlərə yol verir.

Din.az xəbər verir ki, Ərəb Dövlətləri Liqası (ƏDL) növbədən kənar iclasın keçirilməsi haqda elan edib. Bildirilir ki, o, Səudiyyə Ərəbistanının tələbi ilə noyabr ayının 19-u Misirin paytaxtı Qahirə şəhərindəki mənzil-qərargahında baş tutacaq.

“France-Presse” öz mənbələrinə istinadən yazır ki, təcili iclasın təşkil edilməsinin səbəbi “İranın Yaxın Şərq qonşuları ilə münasibətlərdə yol verdiyi çoxsaylı pozuntulardır”.

Xatırladaq ki, ƏDL-in növbədən kənar iclası İran və Səudiyyə Ərəbistanı arasındakı böhranın gərginləşməsi fonunda keçiriləcək.

Rəsmi Ər-Riyad iclasın çağırılmasını Yəmənin “Ənsarullah” hərəkatının Səudiyyə Ərəbistanı paytaxtı istiqamətində raket atmasından sonra tələb edir. Krallıq rəhbərliyi bunu “İranın Səudiyyə Ərəbistanına qarşı hərbi aqressiyası kimi” dəyərləndirib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...