Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə Ərəbistandakı hücumla bağlı ŞOK detallar

Təcavüzkarın əsl hədəfi iftarını açan camaat olub…

Mədinədə, Məscidi-Nəbəvinin ətrafında gerçəkləşdirilən bombalı hücumla bağlı şokedici detallar ortaya çıxıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Mədinə şəhərində Hz.Peyğəmbərin (s.a.a) qəbrinin yerləşdiyi Məscidi-Nəbəvinin qiblə tərəfində olan Şəriət Məhkəməsinin yanındakı təhlükəsizlik məntəqəsində gerçəkləşdirilən canlı bomba hadisəsində böyük bir faciənin qarşısı alınıb.

Təcavüzkarın əsl hədəfi iftarını açan camaat olub…

İslam dünyasında böyük bir şoka səbəb olan hücumla bağlı qan donduran detallar meydana çıxıb. Təcavüzkarın axşam azanı oxunduqdan sonra iftar açan müsəlmanların arasına girib özünü partladacağı, ancaq Səudiyyə polisinin şübhələnməsi və intiharçı-terrorçunu dayandırmağa çalışması ilə terrorçunun bombası tez partlayıb. Əgər terrorçu hədəfinə çatıb ifar açanların arasına girməyi bacara bilsəydi daha qorxunc bir nəticə ortaya çıxa bilərdi.

Məscidi-Nəbəviyə bitişik Cənnətül Baqi Məzarlığının qarşısında yerləşən avtomobil dayanacağında görünən terrorçu şübhəli görünüşü və davranışları ilə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmaq istənib. Tutulacağını anlayan terrorçu üzərindəki bombanı partladıb.

Terrorçunun şəxsiyyəti…

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi 4 əsgərin dünyasını dəyişdiyi hücumu təşkil edən terrorçunun şəxsiyyətini açıqlayıb. Pakistanlı Abdullah Kalzar Xan olduğu açıqlanan təcavüzkarın 12 il əvvəl Səudiyyə Ərəbistanına gəldiyi və arvadı ilə birlikdə Ciddədə yaşadığı bildirilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...