Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə Ərəbistanı builki Həcc səfərini belə reklam etdi – FOTO

Loqoda Kəbə kvadrat şəklində göstərildi.

Səudiyyə Ərəbistanı Mətbuat Nazirliyi builki həcc şüarını “Dünya Krallığın qəlbində” olaraq müəyyən edib.

Din.az xəbər verir ki, nazirliyin sözçüsü Abdullah bin Əhməd əl-Meğlus nazirliyin rəsmi saytında verdiyi açıqlamasında şüar üçün hazırlanan loqonun Həcc mərasimi çərçivəsində yerinə yetirilən ibadətlər, tarixi məkanlar və hədəfləri təmsil edən 8 ünsürdən ibarət olduğunu ifadə edib.

Hazırlanan yeni loqodakı 8 ünsür – kəbə, təvaf, həcc, qiblə, Məkkə Saat Qülləsi, Məkkənin mərkəzi, “WiFi” və palma yarpaqlarından ibarətdir.

Loqoda Kəbə kvadrat şəklində göstərilir. Ətrafındakı cizgilər isə təvafı təmsil edir.

“WiFi” internet şəbəkəsi dünyanın dörd bir tərəfindən gələn müsəlmanların şəhərdə qarşılanmasını, palma yarpaqları isə Səudiyyə Ərəbistanının mədəni və coğrafi şəraitini təmsil edir.

Qeyd edək ki, bu il 3,5 milyon zəvvar Səudiyyə Ərəbistanına Həcc səfərinə gələcək.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...