Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Səudiyyə Ərəbistanı dinlərarası dialoq masasında – VİDEO

İslam aləmini dərindən sarsıdan qalmaqal …

Səudiyyə Ərəbistanı ötən günlərdə İslam aləmini dərindən sarsıdan bir qalmaqalla çalxalandı.

Din.az xəbər verir ki, Vatikanın Dinlərarası Dialoq Şurasının rəhbəri kardinal Cin-Luis Tauranı qonaq edən Səudiyyə rəhbərliyinin Mədinədə kilsə inşa edilməsinə icazə verdiyi bildirilmişdi.

Bir neçə gün sonra Vatikan iddianı təkzib etsə də, ortaya çıxan video materiallar bunun əksini göstərir.

Kardinal Cin-Luis Tauranı əl üstündə qarşılayan krallıq rəsmiləri qonaqlarının qoluna girərək səmimi pozalar veriblər.

Vatikan hər nə qədər kilsə sazişini rədd etsə də, krallığın rəsmiləri ilə Tauranın protokolu imzaladığı, müqavilənin qüvvəyə mindiyi görünür.

Müqavilənin nədən ibarət olduğu hələ bilinməsə də, Cin-Luis Tauran məsələ ilə bağlı “Vatican News”a açıqlama verib.

“Səudiyyə Ərəbistanı ziyarətimdə yüksək səviyyəli idarəçilər və Səudiyyə kralı Salman bin Əbdüləzizlə görüşdüm. Ziyarətim əsnasında məktəblərdə müsəlman və qeyri-müsəlmanların yaxşı münasibətdə olduğunun, xristianlara ikinci sinif kimi davranılmadığının şahidi oldum. Yaxınlaşmanın başlamasından məmnunluq duyuram. Səudiyyə rəhbərliyi ölkəyə yeni bir imic qazandırmağa hazırdırlar”, – Cin-Luis Tauran bildirib.

https://vcdn.ensonhaber.com//flv/flvideo/v/2018/05/1525954465.mp4?_=1

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...