Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

SƏUDİYYƏ ƏRƏBİSTANI Əqsanın taleyində rol oynaya bilər – İSRAİL

“Səudiyyə Ərəbistanı İsraillə Fələstin arasında sülh prosesinin dağılmasının qarşısını ala bilər”.

Səudiyyə Ərəbistanı Əl-Əqsa məscidinin idarəçiliyində mühüm rol oynaya bilər.

Din.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı mətbuatına müsahibəsində İsrail müxalifətinin lideri İshaq Hersoq söyləyib.

“Səudiyyə Ərəbistanı İsraillə Fələstin arasında sülh prosesinin dağılmasının qarşısını ala bilər. Ər-Riyada həmçinin Əl-Əqsa məscidinin idarə edilməsinin razılaşdırılmasında mühüm rol oynaya bilər”, – o bildirib.

O, həmçinin Səudiyyə Ərəbistanı vəliəhdini Yaxın Şərq tarixinin ən böyük inqilabçılarından biri adlandırıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...