Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə Ərəbistanı HƏRƏKƏTƏ KEÇDİ: bu ölkə hərbi baza məskəninə çeviriləcək

Qətəri ada ölkəsinə çevirmək planı …

Səudiyyə Ərəbistanı tək tərəfli olaraq Qətəri ada ölkəsinə çevirmək planını ehtiva edən layihənin tətbiq edilməsinə çox yaxında start verəcəyini açıqlayıb.

Din.az xəbər verir ki, “Məkkə” qəzetində yer alan məlumata görə, Kral Sarayının məsləhətçisi Süud Əl-Kəhtani “Selva Kanalı” layihəsində təkliflərin təqdim edilməsi üçün son günün bu həftənin bazar günü olduğunu bildirib. O, Qətərin adaya çevrilməsi üçün tətbiq ediləcək layihədən dolayı Səudiyyə xalqını təbrik edib.

Layihənin tətbiqi üçün 5 beynəlxalq şirkətdən Səudiyyə Ərəbistanına təklif göndərilib. Layihəni qazanan şirkət isə təkliflərin son təqdimedilmə tarixindən etibarən 90 gün ərzində elan ediləcək.

Qəzetin xəbərinə görə, sözügedən layihə 1 il içində tamamlanacaq.

Layihəyə görə, Qətər Səudiyyə Ərəbistana aid hərbi bazanın yerləşdiyi Selva adasının bir parçası olacaq. Əl-Kahtaninin sözlərinə görə, Səudiyyə Ərəbistanının Selva adasında hərbi düşərgə qurmağa, nüvə reaktorları və onların tullantılarını adaya atmağa tam şəkildə haqqı var.

Qeyd edək ki, Səudiyyə Ərəbistanından internet vasitəsilə yayımlanan “Sabq” qəzeti ötən ilin aprel ayında Səudiyyə Ərəbistanının Qətər ilə arasındakı 60 kilometrlik tək quru sərhədində kanal inşa etmək üçün bir turizm bölgəsi yaradacağını xəbər vermişdi. Xəbərdə 2,8 milyardlıq layihə çərçivəsində 5 böyük hotel və tətil şəhərciyi ilə yanaşı, 2 yeni liman tikilməsi də qeyd olunmuşdu.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir hökumətləri 5 iyun 2017-ci ildə Qətər ilə bütün diplomatik münasibətlərini kəsmiş və iqtisadi blokada tətbiq etmişdi. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...