Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyə Ərəbistanı icazə verdi – Konsulluq binasında axtarış aparılacaq

Səudiyyə rəsmiləri bu işdə əməkdaşlığa razı oldular..

Tanınmış müxalifətçi ərəb jurnalist Camal Qaşıqçının 10 günə yaxındır Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasından yoxa çıxması ilə bağlı araşdırmalar sürətləndiriləcək.

Din.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Səudiyyə Ərəbistanının konsulluq binasında axtarış aparılmasına icazə verdiyini açıqlayıb.

Onun sözlərinə görə, hadisə ətrafında proseslər yaxından izlənilir, geniş istintaq tədbirləri aparılır:

“Konsulluq Münasibətləri Haqqında Vyana Sazişinə əsasən, konsulluq binalarının toxunulmazlığı olmaqla yanaşı, diplomatik missiya rəhbərinin razılığı ilə ev sahibi ölkənin rəsmiləri araşdırma apara bilər. Səudiyyə rəsmiləri də bu istiqamətdə əməkdaşlığa razı olduqlarını bildiriblər. İstintaq çərçivəsində binada axtarışlar aparılacaq”. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...