Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Ərəbistanı İsraildən raket əleyhinə müdafiə sistemi alır

Səudiyyə Ərəbistanı tankları hədəfə alan raketlərdən müdafiə sistemi almağı da planlaşdırır.

Qüds məsələsində səssiz qalan Səudiyyə Ərəbistanı İsraillə yaxınlaşma yolunda daha bir addım atıb.

Din.az xəbər verir ki, Səudiyyə Ərəbistanı İsraildən “Dəmir günbəz” raket əleyhinə müdafiə sistemi almağa hazırlaşır.

Bu barədə İsveçrənin “Basler Zeitung” qəzeti məlumat verib. Ər-Riyadla Təl-Əviv arasında qeyri-rəsmi hərbi sahədə əməkdaşlıq edildiyini yazılıb.

Qəzet həmçinin bildirir ki, Səudiyyə Ərəbistanı tankları hədəfə alan raketlərdən müdafiə sistemi almağı da planlaşdırır.

Səudiyyə hərbi mütəxəssislərinin artıq bu müdafiə texnalogiyalarını Ər-Riyadda nəzərdən keçirdiyi də bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...