Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Ərəbistanı İstanbuldakı Baş Konsulluğunu köçürür

Camal Xaşogi cinayətindən sonra Baş Konsulluq başqa yerə köçürülür.

Səudiyyə Ərəbistanı Camal Xaşogi cinayətindən sonra İstanbuldakı Baş Konsulluğunun binasını başqa yerə köçürür.

Din.az verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib.

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun köçürülməsi barədə XİN-ə müraciət etmədiyi də vurğulanıb.

Qeyd edək ki, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Xaşogi bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...