Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə Ərəbistanı jurnalistin ölümünü etiraf etdi

Etiraf: “İtkin düşmüş səudiyyəli jurnalist ölüb”.

Səudiyyə Ərəbistanı Türkiyədəki konsulluqda münaqişə səbəbindən jurnalist Camal Kaşıkçının ölümünü təsdiqləyib.

Din.az xəbər verir ki, bununla bağlı “Reuters” agentliyi ölkənin baş prokurorluğunun bəyanatına istinadla məlumat yayıb.

Səudiyyə Ərəbistanı rəhbərliyi kəşfiyyat xidmətinin əməkdaşı Əhməd Assirini istefaya göndərib və onu kral sarayının müşaviri statusundan məhrum edib. Baş prokurorun sözlərinə görə, vəliəhd şahzadəsinin müşaviri Səud əl-Kaxtani də vəzifəsindən azad edilib.

Səudiyyə tərəfinin məlumatlarına əsasən, Kaşıkçı konsulluqda görüşdüyü insanlar tərəfindən öldürülüb. Onların dəqiq kimliyi açıqlanmır. Faktla bağlı 18 nəfər saxlanılıb.

Oktyabrın 19-da ABŞ prezidenti Donald Tramp etiraf edib ki, itkin düşmüş səudiyyəli jurnalist ölüb.

Kaşıkçı oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...