Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə Ərəbistanı kinoteatrlara lisenziya verməyə başlayıb

Artıq vətəndaşlar kinoteatrlara görə Bəhreynə getməyəcəklər.

Səudiyyə Ərəbistanında ötən gündən kinoteatrlara lisenziyaların verilməsinə başlanılıb.

Din.az xəbər verir ki, bu barədə krallığın mədəniyyət və informasiya nazirliyinin saytında yayılan məlumatında deyilir.

Məlumatda bildirilir: “Səudiyyə Ərəbistanında kinoteatrlara lisenziyaların verilməsi prosesi dərhal başlayıb”.

Qeyd edək ki, 1980-ci illərin əvvələrində Səudiyyə Ərəbistanında kinoteatrlara qadağa qoyulub. Bu ölkənin vətəndaşları qonşu Bəhreyndə kinoteatrlara gedirdilər. Proqrama əsasən, 2030-cu ilədək 300-dən çox kinoteatr şəbəkəsinin açılması planlaşdırılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...