Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə Ərəbistanı korrupsiyaya qarşı mübarizənin başa çatdığını elan edib

Korrupsiyaya qarşı mübarizə ilə bağlı genişmiqyaslı kampaniya başa çatdı.

Səudiyyə Ərəbistanının hökuməti şahzadələr, keçmiş nazirlər və krallığın iş adamlarının saxlandığı korrupsiyaya qarşı mübarizə ilə bağlı genişmiqyaslı kampaniyanın başa çatdığını elan edib.

Din.az xəbər verir ki, saxlanılanların əksəriyyəti hökumətə vurulan zərərə görə səhmlərinin və mülklərinin bir hissəsinin dövlət xəzinəsinə ötürülməsi ilə əlaqədar dövlətin təklifi ilə razılaşıb. Məhkəməyə qədər məsələnin həll edilməsindən imtina edən 95 nəfərin işi isə prokurorluğa verilib, indi onlar məhkəmə qarşısında çıxış edəcək.

Daha əvvəl ərəb KİV-inin verdiyi məlumata görə, üç aydır onlarla səudiyyəli yüksək vəzifəli şəxs üçün “həbsxana”ya çevrilən “Ritz-Carlton” hoteli fəaliyyətini fevralın 14-dən etibarən davam etdirəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...