Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Ərəbistanı Kralından Fələstinə DƏSTƏK İSMARIŞI

Kral Salman ölkəsinin Fələstin məsələsi ilə bağlı sabit münasibətini vurğulayıb.

Səudiyyə Ərəbistanı kralı Selman Fələstin xalqının paytaxtı Qüds olan azad Fələstin dövlətini qurması ilə bağlı hüquqi haqlarına münasibət bildirib.

Din.az xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Abdulazizin Fələstin dövlətinin prezidenti Mahmud Abbas ilə telefonda danışdığı deyilir.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərə görə, Abbasla telefonda danışan kral Salman ölkəsinin Fələstin məsələsi ilə bağlı sabit münasibətini vurğulayıb.

Kral Selman Fələstin xalqının paytaxtı Qüds olan müstəqil Fələstin dövləti ilə bağlı qanuni haqlarına münasibət də bildirib.

Selman BMT-nin qərarları çərçivəsində Fələstin məsələsində ədalətli və daimi həll yolunun tapılması üçün səylərin davam edəcəyini qeyd edib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-da da liderlərin qarşılıqlı əlaqələrin təmin edilməsi mövzusunda anlaşdıqları ilə bağlı məlumat paylaşılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...