Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyə Ərəbistanı Qətərin dünya ilə əlaqəsini kəsəcək

“Khawa Al Udayd”dan başlayacaq olan layihə 2,8 milyard dollara başa gələcək.

Səudiyyə Ərəbistanı sərhəd boyu Qətərin quru ilə əlaqəsini tamamilə kəsəcək bir kanal layihəsi üzərində işləyir.

Din.az xəbər verir ki, sərhəd boyu yeni bir kanal qurmağa başlayan Səudiyyə Ərəbistanı Qətəri materikdən tamamilə ayırmağa hazırlaşır. Səudiyyə Ərəbistanı rəsmilərinin yaydığı məlumata görə, yeni kanalın uzunluğu 60 kilometr, eni və dərinliyi isə 20 metr olacaq.


Planlaşdırılan layihənin 12 ayda tamamlanması gözlənilir. “Khawa Al Udayd”dan başlayacaq olan layihə 2,8 milyard dollara başa gələcək. Layihənin gerçəkləşdirilməsi bölgədə turizmin inkişafını da sürətləndirəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...