Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Ərəbistanı suriyalıları Həcc ziyarətinə buraxmır

Səudiyyə Ərəbistanı Həcc ziyarətini siyasiləşdirməkdə ittiham olunur.

Səudiyyə Ərəbistanı yeddinci ildir ki, Suriya vətəndaşlarını Həcc ziyarətinə buraxmır.

Din.az bildirir ki, bu barədə Suriya Vəqflər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Ər-Riyad suriyalı ziyarətçilər qarşısında reallaşdırılması mümkün olmayan şərtlər qoyur.

Nazirlik Səudiyyə Ərəbistanını Həcc ziyarətini siyasiləşdirməkdə ittiham edir.

Qeyd edək ki, 2018-ci ilin Həcc ziyarəti avqustun 19-24-ü keçiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...