Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

SƏUDİYYƏ ƏRƏBİSTANI TERRORLA MÜBARİZƏDƏ YENİ QURUM YARADIR

SƏUDİYYƏ TERRORLA MÜBARİZƏDƏ YENİ QURUM YARADIR – SİLAHI İSƏ HƏDİS VƏ MUHƏMMƏD PEYĞƏMBƏRİN HƏYATIDIR

Səudiyyə Ərəbistanı ekstremizmə qarşı yeni mərkəz yaratmağı planlaşdırır.

Din.az A24.Az-a istinadən xəbər verir ki, mərkəz Mədinə şəhərində açılacaq və burada hədisləri toplamaq, öyrənmək, təsnif etmək üçün İslamın ən nüfuzlu alimləri fəaliyyət göstərəcək. Bundan başqa Muhəmməd peyğəmbərin həyatından, etdiklərindən və dediklərindən istifadə olunacaq dini bir nqurumun meydana gələcəyi açıqlanıb.

“Hazırda İŞİD, Əl-Qaidə və Taliban kimi terror təşkilatları öz ideologiyalarını müxtəlif hədislərdən istifadə etməklə yayır və qanlı əməllərinə hədislərdən istinad gətirməklə haqq qazandırırlar.

Bu dini qurumun yaradılması İslama zidd olan saxta və ekstremist mətnləri aradan qaldıracaq, həmçinin terrorçuların özlərini haqqlı göstərmələrinin qarşısını alacaq”, – deyə ölkənin Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...