Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Ərəbistanı vəliəhdi ilə Trampın nə vaxt görüşəcəyi bəlli oldu

Şahzadə Muhamməd bin Salman Trampla Ağ Evdə görüşəcək.

Ağ Ev ABŞ prezidenti Donald Trampla Səudiyyə Ərəbistanın Vəliəhdi Şahzadə Muhamməd bin Selmanın martın 20-də görüşəcəklərini açıqlayıb.

Din.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Sarah Sanders gündəlik media brifinqində deyib.

Sanders “Səudiyyə Ərəbistanın Vəliəhdi Şahzadə Muhamməd bin Salman martın 20-də preizdent Tramp ilə Ağ Evdə görüşəcək” ifadəsini işlədib.

Xatırladaq ki, bir müddətdir Amerika mediasında Muhamməd bin Selmanın ABŞ-a səfər edəcəyi danışılırdı, ancaq görüşün tarixi dəqiq deyildi.

Qeyd edək ki, Vəliəhd Şahzadə Selman ötən həftə İngiltərəyə səfər etmiş və İngiltərənin baş naziri Tereza Mey ilə görüşmüşdü. Bundan başqa, Şahzadə Selman İngiltərə kraliçası II Yelizabet, İngiltərə vəliəhdi şahzadə Çarlz və Villiamla da görüşüb.

İngiltərədən əvvəl Misirə səfər edən Selman vəliəhd şahzadə olandan sonra ilk səfərini Qəhirəyə edərək bir sıra əhəmiyyətli görüşlər keçirib.

ABŞ prezidenti olandan sonra İrana qarşı mövqeyini sərtləşdirən Tramp bölgədə, xüsusilə Səudiyyə Ərəbistanı ilə daha yaxın bir iş birliyinə imza atıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...