Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Ərəbistanı XİN: “Əgər İran aqressiv siyasətini davam etdirərsə, bunun əvəzini ödəməli olacaq”

“İran bu gün ağır iqtisadi sanksiyalar altındadır”.

“Əgər İran aqressiv siyasətini davam etdirərsə, bunun əvəzini ödəməli olacaq”.

Din.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cübeyr Fransanın “Le-Monde” qəzetinə müsahibəsində deyib.

“İran bu gün ağır iqtisadi sanksiyalar altındadır. Əgər İran aqressiv siyasətinə davam edərsə, bunun əvəzini ödəməli olacaq, bu sanksiyalar daha da güclənəcək. Amerikalılar kimi biz də demişik ki, nəyin bahasına olursa olsun, müharibə istəmirik. Gərginliyi yaratmaq seçimini edən iranlılardır”,- deyə Əl-Cübeyr bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...