Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə Ərəbistanı zəvvarlar üçün elektron viza tətbiq edir

“Bundan sonra isə kvota çərçivəsində elektron viza ala biləcəklər”.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi yaxın gələcəkdə zəvvarlara elektron vizalar verməyə başlayacaq.
Din.az xarici KİV-ə istinadən xəbər verir ki, viza üçün ərizə elektron qaydada veriləcək, məsələnin həlli bir neçə dəqiqə vaxt aparacaq.
“Hazırda Həcc və ya Ümrə ziyarətinə gələn zəvvarlar vətənlərindəki vasitəçi şirkətlərə üz tutmağa məcburdurlar. Bundan sonra isə kvota çərçivəsində elektron viza ala biləcəklər”, – sözügedən layihənin əlaqələndiricisi Əbdül Rəhman Şəms bildirib.
Qeyd edək ki, bu il avqustun 9-14-də həyata keçiriləcək Həcc ziyarəti üçün ərizələr artıq bir çox ölkələrdə qəbul edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...