Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyə Ərəbistanı zəvvarlara Həcc ziyarətini asanlaşdırır – Yeni üsul

Bu yenilik hələ ki Malayziya və İndoneziya üçün nəzərdə tutulub.

Müqəddəs torpaqlara edilən Həcc ziyarətini asanlaşdırmaq üçün bu il Səudiyyə Ərəbistanından “Məkkənin Yolu” adlanan üsul tətbiq ediləcək.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu yenilik hələ ki Malayziya və İndoneziya üçün nəzərdə tutulub.

Səudiyyənin Havalimanı əməliyyatları direktoru Hişam Saidi müxbirlərə verdiyi açıqlamasında bunları qeyd edib:

“Bu il Malayziya və İndoneziyadan gələcək zəvvarlar “Məkkənin Yolu” adı verdiyimiz giriş kodu sayəsində bütün pasport işlərini öz ölkələrində olan havalimanlarında tamamlayacaqlar. Beləcə Ciddə və Məkkənin havalimanlarına gəldikləri zaman heç bir nəzarətdən keçmədən 2-3 dəqiqəlik qısa müddət ərzində sadəcə əl yükü ilə avtobuslara və ordan müqəddəs torpaqlara gedə biləcəklər”.

Bu sistemin digər müsəlman ölkələri üçün də tətbiq ediləcəyi bildirilib. Belə ki “Məkkənin Yolu” giriş icazəsi qarşıdakı illərdə Pakistan və Türkiyə üçün planlaşdırılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...