Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə Ərəbistanında 15 yaşınadək evlənmək qadağan olunacaq

“15 yaşına çatmamış şəxslərlə nikah bağlamaq qadağan olunmalıdır”.

Səudiyyə Ərəbistanının məşvərət məclisi olan Məclis əş-Şura 15 yaşına çatmamış yeniyetmələrin nikaha girməsinin qadağan olunması ilə bağlı tələb irəli sürüb.

Din.az xəbər verir ki, Şuranın “Twitter”dəki səhifəsində bu barədə məlumat verilib.

“İstər qız olsun, istərsə də oğlan, 15 yaşına çatmamış şəxslərlə nikah bağlamaq qadağan olunmalıdır”, – məlumatda qeyd olunub.

Bununla yanaşı, qurum 18 yaşına çatmamış yeniyetmələrin nikah məsələlərini ixtisaslı məhkəmələrə həvalə olunmasına razılıq verib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...