Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Ərəbistanında 163 zəvvarın ürəyində cərrahiyyə əməliyyatı aparıldı

Həcc mövsümündə ürək xəstəliyi olan zəvvarlara xidmət göstəriləcək.

Səudiyyə Ərəbistanının Kralı Abdulla adına Tibb şəhərciyində müsəlman təqvimi ilə bu ilin zilqədə ayının əvvəlindən indiyə kimi həcc ziyarəti üçün gələn 163 zəvvarın ürəyində əməliyyat aparılıb.

Din.az xəbər verir ki, bunlardan 3-ü açıq ürək əməliyyatı olub. Qeyd edilib ki, həcc mövsümündə ürək xəstəliyi olan zəvvarlara xidmət göstərilməsi məqsədilə ürək cərrahiyyəsi mərkəzi genişləndirilib və daha çox insana yardım göstərmək imkanı qazanıb. Tibb müəssisəsinin fəaliyyəti xəstə zəvvarlara müasir müalicə sistemləri və yüksək kvalifikasiyalı tibb personalı vasitəsilə ən yaxşı xidmət göstərməyə yönəlib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...