Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Ərəbistanında dəvələr çiplənəcək

Ərzaq təhlükəsizliyinin təmin olunması üçün maraqlı tətbiqat …

Səudiyyə Ərəbistanı hökuməti ölkədə ən çox yayılmış ev heyvanı olan dəvələrə çiplərin vurulmasını tətbiq edib.

Din.az bildirir ki, yeni qərara əsasən, dəvələr mütləq şəkildə çiplənəcək.

Qeyd olunur ki, hazırda ölkədə 1,4 milyon dəvə saxlanılır.

Bu addım ərzaq təhlükəsizliyinin təmin olunması üçün tətbiq olunur. Bundan başqa, çipləmə xəstəliklərin yayılmasının qarşısını ala bilər.

Xatırladaq ki, bir neçə il əvvəl Səudiyyə Ərəbistanında ev heyvanları arasında koronavirus qeydə alınmışdı. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...