Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyə Ərəbistanında dinlə bağlı satirik fikirlərə görə həbs qərarı

Dini dəyərlər və ictimai əxlaqa zidd olan hərəkətlərə görə cəzalar sərtləşdirilir.

Səudiyyə Ərəbistanında sosial şəbəkədə dinlə bağlı satirik fikirlər paylaşan şəxslərin həbs olunması ilə bağlı yeni qanun qəbul edilib.

Din.az bildirir ki, bununla bağlı ölkənin prokurorluğunun “Twitter” hesabında məlumat yerləşdirilib.

“Dini dəyərlər və ictimai əxlaq üzərində rişxənd və ələsalmalar ictimai asayişin pozulması üçün təxribatdır və kibercinayətkarlıq hesab ediləcək”, – məlumatda bildirilib.

Bu maddə ilə həbs edilən şəxslərə beş ilədək həbs və 3 milyon riala (800 min dollar) qədər pul cəzası kəsiləcək. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...