Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə Ərəbistanında İLK – Ərəd Moda Həftəsi keçirilir

Riyadda ilk dəfə Ərəb Moda Həftəsi keçirilir.

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ilk dəfə Ərəb Moda Həftəsi keçirilir.

Din.az xəbər verir ki, kameraların olmadığı nümayişdə ancaq qadınlar iştirak edir.

4 gün davam edəcək Moda Həftəsində Jean Paul Gaultier və Roberto Cavalli kimi dünyaca məşhur dizaynerlərin iştirak etdiyi bildirilir.

Ötən il həyata keçirilən korrupsiya əməliyyatı zamanı saxlanılan şahzadələrin həbs edildiyi “Ritz-Carlton” Hoteldə keçirilən Moda Həftəsinə Səudiyyə şahzadəsi Noura bin Faysal əl-Suud ev sahibliyi edir.

Şahzadə Noura mərasimlə bağlı verdiyi açıqlamasında modanın Səudiyyə Ərəbistanında maraqla qarşılandığını bildirirək moda sənayesini yeni səviyyəyə qaldırmağa çalışdıqlarını söyləyib.

Qeyd edək ki, Ərəb Moda Həftəsi əvvəllər Dubayda keçirilirdi. İkinci Ərəb Moda Həftəsinin oktyabr ayında keçirilməsi planlaşdırılır. May ayında isə Dubayda başqa bir Ərəb Moda Həftəsinin təşkil olunacağı qeyd edilib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...