Səudiyyə Ərəbistanında ilk: qadınlara sürücülük vəsiqəsi verilir

Qadınlar əvvəlcə sürücülük imtahanından keçməlidirlər.
Səudiyyə Ərəbistanında qadınlara sürücülük vəsiqəsi verilməyə başlanılıb.
Din.az xəbər verir ki, qadınların daha əvvəl digər ölkələrdən aldıqları beynəlxalq vəsiqələr yerli sürücülük vəsiqələri ilə əvəzlənir. Onlar əvvəlcə sürücülük imtahanından keçməlidirlər.
Qeyd edək ki, ötən ilin 26 sentyabr tarixindən etibarən Səudiyyədə qadınlara avtomobil idarə etmək hüququ verilib.