Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyə Ərəbistanında məcburi çarşab geyimi tarixə çevrilir

“Qadınlar da eynilə kişilər kimi gözəl və abırlı şəkildə geyinməlidirlər”.

Səudiyyə Ərəbistanında “mülayim İslam” küləkləri əsməkdə davam edir. Vəliəhd şahzadə Salman ölkəsində reallaşdırdığı reformlara daha birisini əlavə edir. O, qadınların çarşab geyinmə məcburyyətini aradan qaldırır.

Din.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında qadınların məcburi olaraq geyindikləri çarşabların aradan qaldırılması ilə bağlı daha bir addım atmağa hazırlaşan Salman, bunu CBS telekanalına verdiyi müsahibədə bildirib.

Salman çıxışı zamanı deyib: “Dini qanunlar çox açıqdır. Qadınlar da eynilə kişilər kimi gözəl və abırlı şəkildə geyinməlidirlər. Bunun yalnız qara çarşab olması mühüm deyil”. Onun sözlərinə görə qadınlar abırlı və həyalı geyinsələr, qara çarşab geyinməyə də bilərlər.

Salmanın açıqlamasının ABŞ prezidenti Donald Trampla görüşündən bir qədər əvvələ təsadüf etməsi, ABŞ-la birgə həyata keçirdiyi “mülayim İslam” prosesində yeni addımın olduğu ismarışını verir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında bir müddət əvvəl yüksək səlahiyyətli bir din adamı qadınların abırlı və həyalı geyinməsinin mühüm şərt olduğunu, lakin çarşab məcburiyyətinin olmadığını deyərək çarşabın aradan qaldırılması fikrinin əsasını qoyub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...