Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Ərəbistanında qadın sürücünün avtomobilini yandırdılar

Qadına “qadınlarımız avtomobil sürməz” şəklində xəbərdarlıqlar gəlib.

Səudiyyə Ərəbistanında iyunun 24-də qadağanın aradan qaldırılmasından sonra qadın sürücülərin yollara çıxdığı ölkədə yeniliyə qarşı çıxanlar Məkkədə bir qadının avtomobilini yandırıb.

Din.az xəbər verir ki, bu barədə xəbər Səudiyyə Ərəbistanının “Ukaz” qəzetində dərc edilib.

Məkkənin Əl-Cumum qəsəbəsində mühasib işləyən Səlma Şərif qadınların sürücülük etməsinə qarşı olan şəxslərin onun avtomobilini yandırdıqlarını söyləyib.

Məhəlləsində yaşayan şəxslərin davamlı sözlü təcavüzlərinə məruz qaldığını bildirən Şərif işə gedib-gələrkən “qadınlarımız avtomobil sürməz” şəklində xəbərdarlıqlar aldığını, borcla aldığı avtomobili yandıracaq qədər irəli gedəcəklərini ağlından belə keçirmədiyini ifadə edib.

İşlədiyi yerdən 4 min riyal maaş aldığını (təqribən 5 min türk lirəsi) deyən Selma Şerif qadağadan əvvəl bir sürücü tutub və qazancının yarısını sürücüyə ödəyib. Ana və atası yaşlı olan qadın onlara xidmət etmək üçün avtomobildən istifadə etməyə məcbur olduğunu vurğulayıb.

Avtomobili yandırılan qadın səlahiyyətli şəxslərə səsələnərək cəmiyyəti şəxsi istəklərinə uyğun qurmağa çalışan bu şəxslərə qarşı tədbirlər görməyə çağırıb.

Məsələ ilə bağlı Məkkə Əmirliyindən verilən yazılı açıqlamada, Əl-Cumum qəsəbəsində qadına məxsus avtomobilin yandırılmasıyla bağlı iki nəfərin nəzarət altına alındığı bildirilib. Sözügedən şəxslər avtomobili yandırmaq üçün yanacaqdoldurma stansiyasına gedərək benzin alıblar.

Qeyd edək ki, Səudiyyə Kralı Selman bin Abdulaziz 2017-ci ilin 26 sentyabr tarixində imzaladığı qərara əsasən qadınların da sürücülük vəsiqəsi alaraq iyunun 24-dən avtomobil sürmələrinə icazə verilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...