Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

SƏUDİYYƏ ƏRƏBİSTANINDA QADINLA DANIŞAN KİŞİNİ HƏBS ETDİLƏR – VİDEO

Polislər sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma apardılar.

Səudiyyə Ərəbistanında niqablı qadınla danışan kişi həbs olunub.

Din.az “A24.az”a istinadən bildirir ki, polislər sosial şəbəkələrdə naməlum şəxslə söhbət edən bir qadının görüntüləri yayılandan sonra araşdırma aparmağa başlayıblar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında mövcud olan qanunlara görə, qadınlara ərlərinin və ya qəyyumlarının razılığı olmadan kişilərlə danışmaq qadağandır.

Yayımlanan videoda qadağan olunmasına baxmayaraq, qadın naməlum bir kişiyə yaxınlaşaraq onunla danışmağa başlayır. Səudiyyəli polislər qısa müddət ərzində naməlum şəxsi saxlayıb və polis bölməsinə aparıb. İndi həmin şəxsi cəza gözləyir.

Sosial şəbəkələrdə ərəb polisin hərəkəti iki cür qiymətləndirilib. Bəziləri bunun yanlış olduğunu desə də, polisin hərəkətində qanunsuz heç nəyin olmadığını bildirənlər də olub.

Sözügedən görüntüləri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...