Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə Ərəbistanında qadınlar başlarını açdı (FOTO)

Vəliəhd şahzadənin dediyi sözlər ölkədə qarışıqlıq yaratdı.

Səudiyyə Ərəbistanında ötən günlərdə vəliəhd Məhəmməd İbin Salmanın qara çadra barədə açıqlamasından sonra ölkədə qadınlar başlarını açıb.

Din.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, vəliəhd şahzadə qara çadranın məcburi olmadığını, qadınların sadəcə ədəbli geyinmələrinin vacibliyini dilə gətirmişdi.

Bu qərardan sonra Ciddə şəhərində təşkil edilən cizgi roman festivalında iştirak edən qadınların geyimində ciddi dəyişikliklər müşahidə edilib.

Festivala qatılan xanımlar müasir geyimləri ilə diqqəti çəkib, onlardan bəziləri baş örtüsündən tamamilə imtina ediblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...