Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə Ərəbistanında qadınlar doğuş yolunu özləri seçəcəklər

Qadınlar doğuşun təbii, yoxsa qeysəriyyə yolu ilə aparılacağını özləri seçəcəklər.

Səudiyyə Ərəbistanında qadınlar rəsmi olaraq, kişi cinsindən olan qəyyumlardan – ata, qardaş və ya həyat yoldaşından uşağın dünyaya gətirilməsi ilə bağlı məsələlərdə məsləhət almayacaq.

Din.az xəbər verir ki, səudiyyəli qadınlar doğuşun təbii, yoxsa qeysəriyyə yolu ilə aparılacağını özləri seçəcəklər.

Bundan başqa, qadınlar qəyyumlarının imzası olmadan həkimlərdən hamiləliyin gedişatını və uşağın dünyaya gəlmə vaxtını, eləcə də, doğuş zamanı yaxın qohumunun onun yanında olub-olmamasını müəyyən edəcəklər. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...