Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə Ərəbistanında qadınların hələ də sahib olmadığı haqlar – SİYAHI

Səudiyyə Ərəbistanında qadınlar hansı haqlara sahib deyillər?

Səudiyyə Ərəbistanı kralı Salman bin Abdüləziz əl Saud qadınlara avtomobil sürməyə icazə verdikdən sonra dünyada qadınların avtomobil sürməsini qadağan edən ölkə qalmayıb.

Aprel ayında hökumət “Suudi Vision 2030” inkişaf planını təqdim etmiş və qadınlarla bağlı daha çox yenilik edəcəyini elan etmişdi. Hələ ötən ayda qadınların futbol meydançalarına gedərək oyuna baxmalarına icazə verilmişdi.

Lakin Səudiyyə Ərəbistanında qadınlar hələ də kişilər ilə eyni haqlara sahib deyillər. Hətta gündəlik həyatlarındakı bir çox işlər üçün kişilərdən icazə almaları şərtdir. Ona görə də avtomobildən istifadə ilə bağlı səudiyyəli qadınlara verilən qanundan sonra “İndependent” onların hələ də sahib ola bilmədiyi haqları araşdırıb.

Din.az A24.az-a istinadən səduiyyəli qadınların hələ də sahib ola bilmədiyi haqları təqdim edir:

1 – Qadınlara evlənmək üçün icazə qubernator və ya qəyyumu tərəfindən verilir. Əcnəbilərlə evlənməyə çalışan qadınlar Daxili İşlər Nazirliyindən razılıq əldə etməlidir. Qeyri-müsəlmanlarla evlənmək isə adətən mümkün deyil.

2 – Ölkədə qadınların kişilərin izni olmadan görə biləcəkləri işlər var, ancaq bankda şəxsi hesablarını açmaları və idarə etmələri qadağandır.

3 – Səudiyyə Ərəbistanı hüquq sistemində bir qadının verdiyi ifadə kişinin verdiyi ifadənin yarısı qədərdir. Bundan başqa qadınlar qardaşlarının sahib olduqları mirasın yarısını alırlar.

4 – Pasport və şəxsiyyət vəsiqələri kişi qəyyumun icazəsi ilə əldə edilir. Ümumiyyətlə, qadınların evdən tək çıxmasına da icazə verilmir.

5 – “Gözəllik üçün geyinmək” anlayışı qanundan kənardır. Qadınlar çölə çıxan zaman qara örtüyü geyinmək məcburiyyətindədir.

6 – Ailədən kənar hər hansı bir kişi ilə danışmaq məhdud çərçivədədir. Ölkədəki restoran, universitet və digər yerlərdə həm ailə, həm də sadəcə kişilər üçün ayrılmış yerlər vardır.

7 – Həyati əhəmiyyətli iş və ya prosedurlar belə kişinin imzası olmadan edilmir.

8 – Boşanan zaman uşaqların qəyyumluğunu almaq da səudiyyəli qadınlar üçün başqa bir problemdir. Qadınlara uşaqları 7 (oğlan) və 9 (qız) yaşına çatana qədər vəlayət izni verilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...