Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə Ərəbistanında qadınlarla bağlı İNQİLABİ yenilik – VİDEO

İlk dəfə Viam əd-Dahil adlı qadın aparıcı tamaşaçı qarşısına çıxdı.

Qeyd edək ki, son dövrlərdə Səudiyyə Ərəbistanında qadınlarla bağlı inqilabi sayıla biləcək qərarlar verilib.

Din.az bildirir ki, Səudiyyə Ərəbistanında ilk dəfə “Ana xəbər” proqramını qadın aparıcı təqdim edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin rəsmi kanalı olan Əs-Suudiyyədə (Saudi Tv) dünən ilk dəfə xəbər proqramında Viam əd-Dahil adlı qadın aparıcı tamaşaçı qarşısına çıxıb.

Əd-Dahil kanalın və ana xəbər proqramının yeni yayım dövrünün tanıdılması səbəbilə proqramı Ömər ən-Nəşvanla birgə aparıb.Livan Amerika Universitetinin Mətbuat fakültəsinin məzunu olan əd-Dahil daha əvvəl mərkəzi Londonda olan Əl-Həyat qəzeti, mərkəzi Qətərdə olan Əl-Cəzirə Televiziyası və Əl-Ərəb kimi tanınmış media qurumlarında işləyib.

Qeyd edək ki, son dövrlərdə Səudiyyə Ərəbistanında qadınlarla bağlı inqilabi sayıla biləcək qərarlar verilib. Qadınların avtomobil idarə etmək, şirkət qura bilmək, Ədliyyə Nazirliyində işləmək, idman yarışları zamanı stadionlara getmək hüququ tanınıb.

Səudiyyə Ərəbistanı 2030-cü il üçün qadınların iş həyatına qatılmasını 22 faizdən 30 faizə yüksəltməyi planlaşdırır.

blob:https://www.dailymotion.com/7f0d366f-186a-498e-a841-bb6a648beebc

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...