Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Ərəbistanında GÖZLƏNİLMƏZ YENİLİK: Qadınlar əsgər gedəcək

Əsgər olmaq istəyənlər əcnəbi biriylə evli olmamalıdır.

Səudiyyə Ərəbistanı tarixində ikinci dəfə qadınların əsgər olmalarına icazə verildiyi bildirilib.

Din.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, müraciət edəcək namizədlərin ən azından lisey məzunu olmaları və Riyad, Məkkə, Mədinə, Əl-Qasım, Asir, Əl-Baha, Əş-Şarkiyyə şəhərlərində yaşamaları başlıca şərtlərdən biridir.

Həmçinin müraciət edəcək şəxslərin Səudiyyə ərəbistanlı, 25-35 yaşların arasında, boyu 1,55 sm uzunluğunda olması, sınaqlardan keçməsi, hər hansı dövlət qurumunda işləməməsi və əcnəbi biriylə evli olmaması vacibdir.

Müraciətlər martın 1-ə kimi davam edəcək.

Qeyd edək ki, ötən ay Səudiyyə Ərəbistanı Baş Pasport İdarəsi hava limanları və sərhəddə işləyəcək qadınların işə götürülməsi ilə bağlı elan vermişdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı bir müddətdir Vəliəhd Şahzadə Muhamməd bin Selmanın irəli sürdüyü “2030 vizyonu” layihəsi çərçivəsində cəmiyyətdə, iqtisadiyyat və mədəni sahələrdə dəyişikliklərə səhnə olur. Sözügedən layihə çərçivəsində rəsmi qurumlar tərəfindən qadınlara daha çox haqqın verilməsi ifadə edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...