Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyə Ərəbistanından İrana müharibə mesajı

Səudiyyə Ərəbistanı Krallığı regionda müharibə olmasını istəmir və hər hansı savaşı başlatmaq niyyətində də deyil. Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Əl-Cubeyr deyib. “Səudiyyə Ərəbistanı müharibənin qarşını almaq üçün əlindən gələni edəcək. Lakin qarşı tərəfindən savaşı seçdiyi halda krallıq bütün qüvvələri ilə qətiyyətli cavab verəcək, mənafeyini qoruyacaq”, […]

Səudiyyə Ərəbistanı Krallığı regionda müharibə olmasını istəmir və hər hansı savaşı başlatmaq niyyətində də deyil.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Əl-Cubeyr deyib.

“Səudiyyə Ərəbistanı müharibənin qarşını almaq üçün əlindən gələni edəcək. Lakin qarşı tərəfindən savaşı seçdiyi halda krallıq bütün qüvvələri ilə qətiyyətli cavab verəcək, mənafeyini qoruyacaq”, – deyə Cubeyr bildirib.

Qeyd edək ki, BƏƏ sularında Səudiyyəyə aid 2 neft tankeri hücuma məruz qalmışdı.

Ər-Riyad administrasiyası bu hücumun arxasında İranın olduğunu iddia edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...