Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səudiyyə Ərəbistanından olan iki bacı Gürcüstana qaçaraq BMT-dən kömək istəyib

“Səudiyyə Ərəbistanında ailəmiz tərəfindən hüquqlarımız pozulurdu”.

Səudiyyə Ərəbistanından olan iki bacı Gürcüstana qaçaraq BMT-nin Qaçqınların İşi üzrə Agentliyindən kömək istəyib.

Din.az  xəbər verir ki, bu barədə bacılar Twitter-də yazıblar.

“Biz bacıyıq. Mənim adım Mahadır, bu isə bacım Vəfadır. Biz təhlükədəyik. Səsimizi eşitdirmək üçün sizin dəstəyinizə ehtiyacımız var. Bizi qəbul edən və qoruyan ölkəyə ehtiyacımız var. Zəhmət olmasa, bizə yardım edin. Səudiyyə Ərəbistanı hökuməti bizim pasportlarımızı ləğv edib. Biz hazırda Gürcüstandayıq”, – deyə Maha və Vəfa bacıları Twitter-də yazıb.
Onların sözlərinə görə, ata və qardaşları onları tapmaq üçün Gürcüstana gəlib. Bacılar vurğulayıblar ki, Səudiyyə Ərəbistanında ailələri tərəfindən hüquqları pozulurdu. / ONA.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...