Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

SƏUDİYYƏ ƏRƏBİSTANINDAN QADINLARLA BAĞLI TARİXİ QƏRAR

İlk dəfə qadınlar arasında basketbol turniri keçiriləcək.

“Mülayim İslam”a keçməyə hazırlaşan Səudiyyə Ərəbistanı qadınlarla bağlı daha bir yenilik edir.

Din.az bildirir ki, xəbər verir ki, bundan əvvəl qadınların stadionlara girişinə və maşın sürməsinə icazə verən ölkə rəhbərliyi ilk dəfə qadınlar arasında basketbol turniri keçirməyə hazırlaşır.

Gələn həftənin şənbə günü başlayacaq turnirdə 6 qadın komandası yarışacaq. Oyunlar Ciddənin Qırmızı dəniz turist bölgəsindəki “King Abdullah Sports City”də baş tutacaq.
Səudiyyə Ərəbistanı Şura Məclisinin üzvü Ləna Al Maəna turnirlə bağlı bunları deyib: “Belə bir idman növündə qadınların da oynamaq haqqının olduğu üçün xoşbəxtik. Ümid edirik ki, turnirlər davam edəcək. Ciddənin ən yaxşı qadın klublarının yer aldığı turnirə uğurla ev sahibliyi edəcəyinə əminəm”. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...