Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə Ərəbistanından ŞOK qərar– PKK-ya dəstək üçün hərəkətə keçdi

Səudiyyə Ərəbistanı SDG-yə dəstək olacaq.

Səudiyyə Ərəbistanı Suriyanın şimalında terror təşkilatı YPG/PKK ilə əlbir olan ərəb qüvvələrindən ibarət birliyin qurulması üçün hərəkətə keçib.

Din.az xəbər verir ki, Suriyanın şimalında yaradılan ərəblərdən ibarət birliyin adı isə SDG-dir və Səudiyyə ona dəstək olacaq.

Qoşunlarda iştirak edəcək şəxslərə 200 dollar maaş vəd edən Səudiyyə könüllü yığmaq üçün Haseke və Qamışlıda təmas məntəqələri qurub.

Səudiyyə Ərəbistanın dəstək olduğu və ərəblərdən ibarət qoşunların Şimali Suriya Federasiyasının bir hissəsi olacağı bildirilir. Təşkilat Suriyanın şimalında 17 mart 2016-cı ildə işğal etdiyi ərazilərdə federasiya elan etdiyini bildirmişdi. Terror təşkilatı 2016-cı ilin yaz aylarında sosial media hesabından Səudiyyə Ərəbistanı ilə “yaxşı əlaqələr” qurmaq istəməsiylə bağlı mesajlar göndərib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən ay İraqdan keçməklə YPG/PKK-ya tırlarla yardım göndərib. Ambulansların da olduğu yardım konvoyunun içərisində silah-sursatın olub-olmadığına dair Səudiyyə Ərəbistanı hər hansı açıqlama verməyib.

Terror təşkilatı YPG/PKK ABŞ planı çərçivəsində Suriyada silah və məntiq dəstəyi ilə özünə yaxın tutduğu bəzi kiçik qruplaşmaları SDG adı altında idarə edir. Beləliklə, Amerika hökuməti də yardımlarını YPG/PKK-ya deyil, SDG-nin tərkibindəki ərəblərə etdiyini iddia edir. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...