Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyə Ərəbistanının gələcək kralı İsraillə sülhün vaxtını açıqladı

“Bizim ümumi düşmənimiz var”.

Səudiyyə Ərəbistanı kralının varisi Məhəmməd ben Salman Əl-Səud Fələstin-İsrail münaqişəsini İsraillə rəsmi sülhün əldə olunmasında başlıca maneə adlandırıb.

Din.az bildirir ki, şahzadə amerikan nəşrinə müsahibəsində deyib:

“Bizim ümumi düşmənimiz var, eyni zamanda iqtisadi əməkdaşlıq üşün şoxlu potensiala malik sahələr var”.

Bununla yanaşı, varis deyib ki, Ər-Riyad İsrail tərəfindən fələstinlilərlə barışıq əldə olunmayana qədər yəhudilərlə yaxınlaşmayacaq.

Qeyd edək ki, hazırda İsraillə Səudiyyə Ərəbistanı arasında rəsmi münasibətlər mövcud deyil. Ölkələr gizli kanallarla əlaqə saxlayırlar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...