Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Əsədin Suriya hakimiyyətində qalmasına razılaşıb

“Bəşərin maraqlarına iranlıların istədiklərini etmələrinə izn vermək daxil deyil”.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və müdafiə naziri Məhəmməd bin Salman bildirib ki, Suriya prezidenti Bəşər Əsəd vəzifəsindən getməyəcək və mühüm olan onun İran maraqlarının bələdçisi olmamasıdır.

Din.az xəbər verir ki, Səudiyyə siyasətçisi bunu Amerikanın “Time” jurnalına müsahibəsində deyib.

“Bəşər Əsəd qalacaq. Lakin mən inanıram ki, Bəşərin maraqlarına iranlıların istədiklərini etmələrinə izn vermək daxil deyil”, – deyə vəliəhd bildirib.

Bu günədək Ər-Riyad bəyan edirdi ki, Əsəd hakimiyyətdən getməlidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...